“Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı qətnaməsi nə birinci, nə də sonuncudur. Onların murdar, yaramaz hərəkətləri ilə bağlı Azərbaycan tərəfindən layiqli cavab veriləcək. Birmənalı şəkildə onlar güclü, inkişaf etmiş, beynəlxalq aləmdə nüfuzu gündən-günə yüksələn Azərbaycan görmək istəmirlər, qəbul edə bilmirlər”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib.
Deputat qeyd edib ki, onlar Azərbaycanın ədalətli, haqlı 44 günlük Vətən müharibəsi - Antiterror əməliyyatındakı qələbəsini həzm edə bilmirlər: “Onların Azərbaycan üçün belə bir düstutu var: Tarix boyu zəif olmalı, torpaqlarımız işğal altında qalmalı, inkişaf etməməli, onlardan asılı olmalı idi, necə diktə edirdilərsə, Azərbaycan elə etməli idi. Azərbaycan onların bütün ciddi cəhdinə baxmayaraq, inkişaf etdi, ordunu gücləndirdi, güclü ordusu və iqtisadiyyatı sayəsində qalib oldu. Bu gün də dünya miqyasında Azərbaycan nüfuzu, davranışı, inkişafı, haqlı, ədalətli mövqeyi ilə seçilən dövlətdir. Avropanın qurumları bu məsələlərə öz prizmalarından baxırlar və o qurumlarda kök salmış korrupsioner, cinayətkar, rüşvətxor erməni diasporu-lobbisinin pulu ilə yallanan bir qrup deputat oturub. Onlardan bir qrup da ABŞ Senatında mövcuddur. Vaxtaşırı səslərini çıxarırlar. Bütün bunlara baxmayaraq, Azərbaycan özünün haqlı, ədalətli, beynəlxalq qanuna və öz Konstitusiyasına uyğun qanunlarla yaşayır və hərəkət edir”.
E.Məmmədovun sözlərinə görə, Avropa Şurası bundan sonra da təzyiq vasitəsi olacaq: “2001-ci il Azərbaycan və Ermənistanın Avropa Şurasına üzvlüyə qəbul olundu. Bir tədbir ərəfəsində jurnalistlər mənə sual verdilər ki, “Avropa Şurasına qəbul oluruq, nə gözləyirsiniz?”. Mən cavabında dedim ki, Avropa Şurası bizə xahiş etməyib ki, gəl üzv ol, biz xahiş etmişik. Ancaq Avropa Şurası bir xristian klubu olaraq bundan sonra Azərbaycan üçün həmişə təzyiq vasitəsi olacaq, Ermənistan üçün müdafiə qurumuna çevriləcək. Doğrudur, o vaxt bu fikirlərim müəyyən dairələrdə müsbət qarşılanmadı, bildirdim ki, gedişata baxacaqsınız. Dediklərim də bu günə qədər təsdiqini tapdı. Həm Avropa Şurası, həm də Avropa Şurası Parlament və digərləri bugünkü inkişaf etmiş, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycanı qəbul edə bilmirlər, görmək fikrində deyildilər. Həmişə torpaqlarımızın 20 faizi bəlkə də daha çoxunu istəyirdilər ki, işğal altında qalsın. Gücsüz, zəif Azərbaycan görmək istəyirdilər. Ancaq onlar deyən olmadı, biz deyən oldu. Azərbaycan xalqı, ordusu və Prezidenti deyən oldu. Bu gün də qürur və sevinc hissi ilə Azərbaycan Silahlı Qüvvələr Gününü bayram kimi qeyd edirik. O silahlı qüvvələrimiz ki, onlar qəhrəmanlıq, igidlik göstərdilər və torpaqlarımızı işğaldan azad etdilər. Silahlı qüvvələrimizin bütün əsgər, zabit və şəxsi heyətini eyni zamanda qazilərimizi, müharibə veteranlarımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin”.
Qeyd: Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycandakı siyasi və insan hüquqları vəziyyətinə dair "Azərbaycanda tənqidi səslərin susdurulması" adlı qətnamə qəbul edilib.
Şəhanə Qədirli
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin