BURADA REKLAMINIZ OLA
BİLƏR

Apellyasiya müraciətlərinin ödənişli olması nəyi dəyişəcək? – Ekspert aydınlıq gətirdi

“Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin apellyasiya müraciətlərinə dair çıxışı ictimaiyyətdə müzakirələrə səbəb olub. Apellyasiyaya müraciət edənlərin sayı həddindən artıq çox olduğuna görə, bunun qarşısını almaq, azaltmaq üçün ödənişli olunması düşünülür. Minimal ödəniş tətbiq edilsə, müraciət sayına təsir göstərə bilər. Abituriyentlər yenidən müraciət edən zaman yenidən yoxlama prosesinə başlamaq üçün əlavə işçi qüvvəsi cəlb etmək əsas götürülür. Ona görə də bildirilir ki, bu, ödənişli şəkildə keçirilsin. Təbii ki, burada əsas mövcud müraciətin sayının azaldılmasıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev deyib.

 

O bildirib ki, digər tərəfdən məsələ həmin cəlb olunan ekspertlərə ödənişlərin verilməsi ilə bağlıdır: “Düzdür, ilk baxışda narazılıq yarada bilər, ancaq ümumi baxanda publik hüquqi şəxs olduğuna görə bunu etməkdə sərbəstdir. Təbii ki, burada haqlı olan abituriyent iddiasında çıxış edərək doğruluğunu sübut edəcəyi təqdirdə apellyasiyaya müraciət etməsi doğru hesab edilir”.

 

Şəhanə Qədirli

Tarix: 26 İyun 2026, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin