BURADA REKLAMINIZ OLA
BİLƏR

İsrail və Livan saziş imzaladı

İsrail və Livan nümayəndələri ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə niyyətlərə dair çərçivə sazişi imzalayıblar.

 

Sənəd münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönəlib.

 

Bəyannamə münaqişənin mərhələli şəkildə deeskalasiyasını nəzərdə tutur. Sənədə əsasən, İsrail qoşunları mərhələli şəkildə geri çəkiləcək, təhlükəsizliyə nəzarət isə Livan ordusuna təhvil veriləcək.

 

Rubio sənədin imzalanmasını böyük nailiyyət adlandırsa da, qarşıda hələ görüləcək çox iş olduğunu vurğulayıb.

 

APA

Tarix: 26 İyun 2026, 22:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin