Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş, dialoq və əməkdaşlığın təşviqinə mühüm töhfələr verən dövlət kimi İslam dünyasında da nüfuzunu möhkəmləndirməkdədir. Ölkəmizin 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi öz üzərinə götürməsi Azərbaycanın İslam aləmində artan nüfuzunun, çoxtərəfli diplomatiyada qazandığı etimadın və səmərəli fəaliyyətinin məntiqi nəticəsidir. Bu məsuliyyətli dövrdə Azərbaycan İslam həmrəyliyinin daha da gücləndirilməsi, üzv dövlətlər arasında siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın dərinləşdirilməsi, eləcə də dayanıqlı və inklüziv inkişaf məqsədlərinə nail olunması üçün birgə səylərin artırılmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirəcək. Azərbaycanın qarşılıqlı hörmətə, həmrəyliyə və ortaq dəyərlərə əsaslanan təşəbbüsləri İƏT çərçivəsində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcək.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Pravda.az-a bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) içində ən fəal ölkələrdən biridir:

“Azərbaycan müxtəlif təşəbbüslərlə vaxtaşırı çıxış edən və İƏT-in fəaliyyətini daha funksional olması üçün çox böyük işlər görən bir ölkədir. Əgər biz bu kontekstdə sadalasaq, Azərbaycan həm də İslam mədəniyyətinin, İslam düşüncə tərzinin, sivilizasiyasının Avropaya təqdim olunmasında körpü rolunu oynayır. Azərbaycanda ilk dəfə İslam Həmrəyliyi Oyunları təşkil edilib. İƏT-ə üzv olan ölkələrin parlament iclasının Azərbaycanda keçirilməsinə nail olub. Eyni zamanda İƏT-ə üzv olan ölkələrlə Avropa Şurasına üzv olan ölkələrin konfransı da Azərbaycanda təşkil edilib. Bütün bunlar, əlbəttə, Qərb-Şərq dialoqunun, Avropa-İslam dünyası dialoqunun təşkili üçün yadda qalan mühüm hadisəyə çevrilib. Eyni zamanda bu gün Azərbaycan İslam ölkələri içində yeni bir qalibiyyət modeli yaratmağa nail olmuş ölkədir. Çünki İƏT-ə üzv olan ölkələrin bir çoxunun ərazi bütövlüyü pozulub, işğal olunub. Müharibələrə cəlb olunub, məğlub ediliblər. Kənar müdaxilələr nəticəsində İƏT-ə üzv olan bəzi ölkələrdə müxtəlif formada hakimiyyətlər formalaşdırılıb. Azərbaycan isə bu kontekstdə yeganə ölkədir ki, İslam dünyasına qələbənin şirinliyini daddırıb. Dünyaya qarşı bu, savaşaraq qalib gəlməyin nə olduğunu bütün dünyaya, o cümlədən İslam aləminə nümayiş etdirir. Aid olduğumuz İslam-müsəlman sivilizasiyası Azərbaycana, şübhəsiz ki, qalib ölkə kimi baxır, onun nailiyyətlərinə, uğurlarına sevinir. Buna görə də düşünürəm ki, beynəlxalq təşkilatlara üzv olarkən, Qoşulmama Hərəkatına sədrlik edərkən müxtəlif qərarlar qəbul etməsi, bu təşkilatın fəaliyyətini BMT ilə əlaqələndirərək onun imkanlarını yenidən dünyaya təqdim etməsi kimi Azərbaycanın çox mühüm təcrübələri var. Şübhəsiz ki, 2027-ci ildə biz bu təcrübələrə istinadən, onlara söykənərək deyə bilərik ki, 2027-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına sədrliyi bu Təşkilatın da fəaliyyətində yeni mərhələ yaradacaq. Azərbaycanın artıq bununla bağlı atacağı addımlar əvvəlcədən müəyyənləşdirilib. Bu, İƏT çərçivəsində olan ölkələrin əməkdaşlığının daha da dərinləşməsinə, qarşılıqlı şəkildə inteqrasiya etməsinə və təhlükəsizlik məsələlərinin daha etibarlı müdafiəsinə gətirib çıxaracaq”.
Deputat Azər Badamov isə xatırladıb ki, Azərbaycan 8 dekabr 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) tamhüquqlu üzv qəbul edilib.

A.Badamov bildirib ki, ötən müddət ərzində ölkəmiz İƏT-in Zirvə görüşlərində fəal iştirak edib, təşkilat çərçivəsində qəbul olunan qərarların hazırlanmasına və həyata keçirilməsinə mühüm töhfələr verib: “Azərbaycan həmçinin 2017–2019-cu illərdə İƏT-in Zirvə görüşünə və təşkilata sədrlik edib. Azərbaycanın İƏT-ə və İƏT Parlament İttifaqına sədrliyi dövründə mühüm siyasi bəyanatlar və strateji sənədlər qəbul olunub. Bu müddətdə İslam dünyasında işsizliklə mübarizə, sosial müdafiənin gücləndirilməsi və layiqli əmək şəraitinin təmin olunması məqsədilə İƏT Əmək Mərkəzinin yaradılması, onun mənzil-qərargahının Bakıda yerləşdirilməsi, nizamnaməsi və fəaliyyət mexanizmi təsdiqlənib. Eyni zamanda Azərbaycanın sədrliyi dövründə Ermənistanın işğalçılıq siyasətini, Azərbaycanın mədəni və dini irsinə vurulmuş ziyanı pisləyən, həmçinin Xocalı soyqırımını tanıyan hüquqi-siyasi qətnamələr qəbul olunub. Bakı platformasında keçirilən iclaslarda isə Fələstin xalqına humanitar və siyasi dəstəyin artırılması, mülki əhalinin müdafiəsi və beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması ilə bağlı mühüm yekun bəyanatlar qəbul edilib. Beləliklə, Azərbaycanın İƏT-ə ilk sədrliyi qəbul edilmiş mühüm qərarlar və irəli sürülən təşəbbüslərlə yadda qalıb. Məhz bu uğurlu fəaliyyətin nəticəsi olaraq 2027-ci ildə ölkəmizə yenidən İƏT-in Zirvə görüşünə ev sahibliyi və təşkilata sədrlik etmək etimadının göstərilməsi Azərbaycanın İslam dünyasında artan nüfuzunun, etibarlı tərəfdaş və məsuliyyətli dövlət kimi mövqeyinin növbəti təsdiqidir. 2027-ci ildə Azərbaycanın sədrliyi dövründə İslam həmrəyliyinin daha da möhkəmləndirilməsi, üzv dövlətlər arasında siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri olacaq. Bununla yanaşı, dayanıqlı və inklüziv inkişaf, innovasiya, təhsil, iqlim dəyişikliyi ilə mübarizə və rəqəmsal transformasiya kimi istiqamətlərdə ortaq təşəbbüslərin irəli sürülməsi və əməkdaşlığın dərinləşdirilməsi üzv ölkələrin ümumi rifahına və regional sabitliyə mühüm töhfə verə bilər. Azərbaycanın sədrliyi dialoq, qarşılıqlı etimad və birgə fəaliyyət prinsiplərinə əsaslanaraq təşkilatın məqsədlərinin daha səmərəli həyata keçirilməsinə xidmət edəcək. Ümumilikdə, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili və keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Son illərdə ölkəmiz çoxsaylı qlobal siyasi, iqtisadi və humanitar forumlara, eləcə də nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfə, müasir infrastrukturun yaradılması və yüksək təşkilatçılıq bacarığı Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı məkan kimi mövqeyini daha da gücləndirib. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, bir qayda olaraq yeni təşəbbüslər və praktik nəticələrlə yadda qalır, müvafiq beynəlxalq təşkilatların fəaliyyətinə yeni dinamika qazandırır. Bu baxımdan hesab edirəm ki, 2027-ci ildə Azərbaycanın İƏT-in Zirvə görüşünə sədrliyi də təşkilatın tarixində mühüm iz qoyacaq, İslam dünyasında həmrəyliyin, əməkdaşlığın və birgə inkişafın möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”.
Politoloq Yusif Bağırzadə də deyib ki, Azərbaycanın 2027-ci ildə İƏT-ə sədrliyi İslam həmrəyliyi və dayanıqlı inkişaf üçün yeni imkanlar açır:

“Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatına sədrliyi üzərinə götürməsi Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və çoxtərəfli diplomatiyaya verdiyi töhfənin məntiqi davamı kimi qiymətləndirilə bilər. Bu məsuliyyət İslam dünyasının qarşısında duran aktual çağırışlara ortaq yanaşmaların formalaşdırılması, üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklər, iqtisadi qeyri-müəyyənlik, iqlim dəyişikliyi, ərzaq və enerji təhlükəsizliyi kimi məsələlər İƏT üzvü olan dövlətlərin daha sıx əməkdaşlığını zəruri edir. Bu baxımdan Azərbaycanın sədrliyi dövründə təşkilat daxilində siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və humanitar əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsinin əsas prioritetlərdən biri olacağını deyə bilərik. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda balanslaşdırılmış siyasəti və dialoqa əsaslanan yanaşması bu istiqamətdə mühüm üstünlüklər yaradır. Ölkəmiz son illərdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər və irəli sürdüyü təşəbbüslərlə müxtəlif regionlar arasında əməkdaşlıq körpüsü rolunu uğurla yerinə yetirib. Bu təcrübə İƏT çərçivəsində də üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə, iqtisadi və investisiya əlaqələrinin genişlənməsinə, eləcə də elm, təhsil, rəqəmsal transformasiya və innovasiya sahələrində birgə layihələrin təşviqinə töhfə verə bilər. Xüsusilə, gənclərin potensialının inkişafı, qadınların iqtisadi fəallığının artırılması və insan kapitalına investisiyaların genişləndirilməsinin inklüziv inkişafın əsas istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılacağına şübhə yoxdur. Digər mühüm məqam dayanıqlı inkişaf gündəliyinin təşviqidir. Azərbaycanın yaşıl enerji, ətraf mühitin mühafizəsi və iqlim məsələlərinə verdiyi önəm İƏT çərçivəsində də yeni əməkdaşlıq formatlarının yaranmasına şərait yarada bilər. Bu istiqamətdə üzv ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və birgə investisiya layihələrinin dəstəklənməsi təşkilatın fəaliyyətinə əlavə dinamizm qazandıra bilər. Ümumilikdə isə, Azərbaycanın 2027-ci ildə İƏT-ə sədrliyi həm ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, həm də İslam dünyasında həmrəylik, qarşılıqlı etimad və əməkdaşlığın inkişafı üçün əhəmiyyətli imkanlar yaradır".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin