BURADA REKLAMINIZ OLA
BİLƏR

“Lotu Quli”nin adamları həbs olundu - FOTO

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessa şəhərində “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun dəstəsinin üzvlərini saxlayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Odessa şəhərində xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində “Lotu Quli”nin dəstəsinin iki üzvü saxlanılıb.

 

Qeyd olunub ki, saxlanılan şəxslər regiondakı sahibkarların oğurlanmasında, quldurluq və soyğunçuluqda təqsirli bilinirlər.

 

Məlumatda “Lotu Quli”nin dəstənin 4 üzvünün hələ iyun ayında yerli sahibkarlardan bir nəfərini qaçırmağa hazırlaşarkən saxlanılması xatırladılıb. Saxlanılan hər iki şəxs barəsində cinayət işi başlanılıb, həbs qətimkan tədbiri seçilib. Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.APA

Fotoları təqdim edirik
Tarix: 13 Avqust 2020, 10:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin