BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə adam oğurluğunda təqsirləndirilən dəstə üzvləri ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə adam oğurluğunda təqsirləndirilən Elxan Valiev, Əli Xangəldiyev və Vaqif Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: İstintaq orqanı tərəfindən Elxan Valiev, Əli Xangəldiyev və Vaqif Hüseynov barəsində Cinayət Məcəlləsinin 144.2.5 (Adam oğurluğu) və 133 (Əzab vermə) maddələri ilə yekun ittiham irəli sürülüb. Onlar bir kişi və bir qadını oğurlamaqda təqsirli bilinirlər.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Valiev və Əli Xangəldiyev 8 il 6 ay, Vaqif Hüseynov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

 

 

Tarix: 29 İyun 2026, 10:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin