BURADA REKLAMINIZ OLA
BİLƏR

Futbol çempionatının qrup mərhələsinin ən yaxşıları onlar oldu

Nüfuzlu “The Athletic” nəşri ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının qrup mərhələsinin ən yaxşı futbolçularının reytinqini dərc edib.

 

Siyahıda ilk “beşliy”ə Argentina, Fransa və Braziliya milli komandalarının üzvləri daxil edilib.

 

Reytinqə Argentina yığmasının kapitanı Lionel Messi başçılıq edir. İkinci pillədə Fransa millisinin hücumçusu Kilian Mbappe qərarlaşıb. Braziliya yığmasının vingeri Vinisius Junior üçüncü olub.

 

İlk “beşliy”i Fransa millisinin futbolçuları Usman Dembele və Maykl Olise tamamlayıblar.

Tarix: 29 İyun 2026, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin