BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti ilə bağlı sərəncam

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib.

 

Pravda.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

 

Sərəncama əsasən, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə “Buğda. Texniki şərtlər” AZS 888:2025 Azərbaycan Respublikasının Dövlət Standartı ilə müəyyən edilmiş keyfiyyət tələblərinə uyğun yerli ərzaqlıq buğdanın 1 (bir) tonunun dövlət tədarük qiyməti 2026-cı il üçün 400,0 (dörd yüz) manat müəyyən edilib

 

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tarix: 29 İyun 2026, 12:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin