BURADA REKLAMINIZ OLA
BİLƏR

Metroda gedişhaqqı ARTIRILIR? - RƏSMİ AÇIQLAMA

"Bakı Metropoliteni" QSC metroda gedişhaqlarının 0,60 qəpikdən 0,70 qəpiyə qaldırılacağı ilə bağlı iddialara aydınlıq gətirib.

 

QSC-dən Pravda.az-ın sorğusuna nə inkar, nə də təsdiq cavabı verilib.

 

"Nəzərinizə çatdırırıq ki, metroda gedişhaqqının artırılması ilə bağlı “Bakı Metropoliteni” QSC-nin qərar qəbul etmək səlahiyyəti mövcud deyil və qurum yalnız qərarların icrasını yerinə yetirir. Gedişhaqqı üzrə tariflərdə edilən dəyişikliklər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə tənzimlənir", - açıqlamada bildirilib.

 

Aytəkin Qardaşova

Tarix: 29 İyun 2026, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin