BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda benzinin qiyməti yenidən artacaq? - AÇIQLAMA

Bir neçə gün öncə Azərbaycanda “Aİ-95” (“Premium”) markalı benzinin qiymətinin iyunun 24-dən 0,05 manat və ya 3% artaraq 1,65 manat olduğu bildirilirdi.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, benzinin qiyməti ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. O bildirib ki, qiymətlər deyilən tarixdən artsaydı yanacaqdoldurma məntəqələrində qeyd edilərdi:

 

 

“Azərbaycanda benzin qiymətlərinin artmasına heç bir ehtiyac yoxdur. Azərbaycan həm neft ölkəsidir, həm də dünya bazarlarında neftin qiyməti kəskin düşüb,73-74 dollar civarındadır. Hazırda neft qiymətləri aşağı düşdüyü təqdirdə benzinin qiymətini artırmaq absurd olar və doğru hesab olunmaz. Çünki Azərbaycan iqtisadiyyatında onsuz da ciddi inflyasiya dalğası var. Benzinin qiyməti qalxsa, inflyasiya dalğası daha da yüksələ, digər qiymətlərin də artmasına səbəb ola bilər”.

 

Şəhanə Qədirli

Tarix: 29 İyun 2026, 14:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin