BURADA REKLAMINIZ OLA
BİLƏR

Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir

 

İyulun 1-dən Bakı metropoliteninin Bənövşəyi xəttində yay qrafikinin tətbiqinə başlanılır. Xətt üzrə qatarların hərəkəti “Xocəsən-8 Noyabr” və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq.

 

Bu barədə Pravda.az-a metropolitendən məlumat verilib.

 

Bildirilib ki, yay qrafikində qatarların “Avtovağzal-8 Noyabr” sahəsində hərəkətinə fərqli interval tətbiq edilməyəcək.

 

Xətt üzrə davamlı mintorinqlər aparılacaq, bu dövrdə sərnişin axınının dəyişkən xüsusiyyətləri və digər zəruri hallar nəzərə alınaraq, ehtiyat qatarlardan istifadə olunacaq.

 

Bənövşəyi xətt üzrə yay qrafiki yeni tədris mövsümü başlayana qədər qüvvədə olacaq.

 

Linkə keçid edərək yay qrafiki üzrə "Xocəsən" stansiyasından qatarların hərəkət cədvəli ilə tanış ola bilərsiniz: https://metro.gov.az/storage/files/to-bakmil/9551/QSGiBvWmyjzVZWJzlAhvY6quWYL3w9sw3fEsJZxK.pdf

Tarix: 29 İyun 2026, 15:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin