Müharibələr, böhranlar, terrorizm və qanunsuz miqrasiya, xüsusən də NATO-nun şərq və cənub-şərq sərhədləri boyunca təhlükəsizlik məsələlərinə yanaşmaların yenidən nəzərdən keçirilməsini tələb edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı Şimali Atlantika Alyansının Parlamentlərarası Assambleyasının İstanbulda keçirilən iclasında çıxış edərkən verib.
Türkiyə lideri NATO PA-nın iclasını Alyansın Ankarada keçiriləcək sammitindən (7-8 iyul – red.) əvvəl “həmrəyliyin gücləndirilməsi yolunda əlamətdar hadisə” adlandırıb.
Türkiyənin dövlət başçısı Avro-Atlantik təhlükəsizlik sisteminin tarixi bir dönüş nöqtəsi yaşadığını qeyd edib.
“Qlobal münasibətlər və siyasət sistemini təsvir edən anlayışlar bir çox hallarda öz mənasını itirib. Köhnə davranış modelləri bir-birinin ardınca çökdükcə, qəbul edilmiş yanaşmaları nəyin əvəz edəcəyi hələ də məlum deyil. Sabitlik gərginliklə, nizam isə xaosla əvəz olunur. Heç kim sabahın nə gətirəcəyini təxmin edə bilməz”, - deyən siyasətçi beynəlxalq qurumlara olan etimadın azaldığını vurğulayıb.
Türkiyə lideri hazırkı şəraitdə NATO-nun çəkindirici potensialının qorunmasının və müttəfiq ölkələr arasında həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulayıb. “Geosiyasi reallıqlar NATO-nun dünyada rolunu artırıb. Ankara “yeni dövrün ruhunu” hamıdan daha yaxşı başa düşür. Türkiyə böhran bölgələri ilə 1800 kilometrdən çox quru sərhədinə malikdir. Güclü ordu və müdafiə sənayesinin imkanları sayəsində ölkəmiz 70 ildən çoxdur ki, NATO-nun təhlükəsizliyinə töhfə verməkdə ön sıralardadır. Biz NATO missiyalarında fəal iştirak edir, sülhü və sabitliyi qorumaq üçün missiyaları dəstəkləyirik. Regional böhranların idarə olunması üzrə təcrübəmizi müttəfiqlərimizlə bölüşürük”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti Ankarada keçiriləcək NATO sammitinin təcrübə mübadiləsi üçün güclü bir platforma olacağına əminliyini ifadə edib.
“Ankaranın Haaqadakı NATO sammitində götürdüyü öhdəliklərə uyğun olaraq, biz müdafiə xərclərini artırırıq, Alyansın missiyalarına və əməliyyatlarına töhfə verən beş ən böyük müttəfiqdən birinə çevrilirik. Türkiyənin Avropa təhlükəsizliyi üçün əvəzolunmaz üstünlükləri də qeyd etməyə dəyər. Məhdud siyasi maraqlar naminə Ankaranın potensialını nəzərə almamaq heç kimə fayda verməyəcək. Biz Texasdan Ankaraya qədər uzanan Alyansda aydın bir təhlükəsizlik və müdafiə arxitekturası yaratmalıyıq”, - deyə Türkiyə lideri sözlərini yekunlaşdırıb.AZƏRTAC
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
Ən son xəbərləri səhifəmizdən də izləyin