BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Cəlilov və Baş nazir Cabbar Musayev eyni məbləğdə maaş alacaq – 14 850 manat - FOTO

Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin aylıq vəzifə maaşı 14 850 manat müəyyən edilib.

 

Qeyd edək ki, bu məbləğ Naxçıvan Muxtar Respublikasının Baş naziri üçün müəyyən edilmiş aylıq vəzifə maaşı ilə eynidir. Beləliklə, hazırda Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Baş nazir Cabbar Musayev eyni məbləğdə – 14 850 manat aylıq vəzifə maaşı alacaqlar.

 

Fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.anz.az

Fotoları təqdim edirik
Tarix: 29 İyun 2026, 17:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin