BURADA REKLAMINIZ OLA
BİLƏR

Büdcənizi aşmadan qarderobunuzu yeniləməyin YOLLARI

Həyatınızın fərqli bir mərhələsinə qədəm qoyduqda, fərqli bir iş mühitinə daxil olduqda və ya köhnə tərzinizin formalaşan xarakterinizi kifayət qədər əks etdirmədiyini hiss etdikdə, sahib olduğunuz bütün geyimləri atıb tamamilə yeni bir stil yaratmaq istəyə bilərsiniz. Çox vaxt bu həvəs maddi səbəblərdən ürəkdə qalır, lakin hər zaman belə olmaq məcburiyyətində deyil.

 

Pravda.az büdcənizi sarsıtmadan yeni bir qarderoba sahib olmaq üçün yararlana biləcəyiniz bəzi tövsiyələri təqdim edir:

 

Əlinizdə olanlarla başlayın

Şkafınız aylarla və ya illərlə geyinmədiyiniz lazımsız əşyalarla dolu olduqda, yaxşı geyimləri tapmaq çətindir. Şkafınızı gözdən keçirərək və bir müddətdir geyinmədiyiniz geyimlərdən xilas olaraq başlayın. Bundan sonra, dolabınızda həqiqətən geyindiyiniz və bəyəndiyiniz paltarlar qalacaq. Bunları yeni qarderobunuzun təməli kimi istifadə edə bilərsiniz.

 

Köhnə geyimlərinizi satın

Şkafınızı təmizləyərkən artıq istəmədiyiniz bütün paltarları kənara ayırın. Əgər yaxşı vəziyyətdədirlərsə, yeni qarderobunuzu maliyyələşdirmək üçün bunları sataraq gəlir əldə etməyi düşünə bilərsiniz.

 

Kombindəki əskikliyi tapın

Artıq qarderobunuzu formalaşdırmaq üçün bir neçə yaxşı geyiminiz olduğuna görə, oturun və geyimlərinizi tamamlamaq üçün hansı hissələrə ehtiyacınız olduğunu müəyyənləşdirin. Məsələn, köhnə qarderobunuzdan əlinizdə bolca şalvar və köynək var, bunlardan yaxşı bir kombin düzəltmək üçün başqa nə lazımdır? Bu vəziyyət bir pencək və ya jiletə ehtiyacınız olduğunu göstərə bilər. Rəngarəng bir qarderob üçün neytral rənglərdə üst və alt geyimləri seçin, daha sonra geyiminizi fərqli bir hala gətirmək üçün sviter, ayaqqabı, şərf və jilet kimi detallardan istifadə edin.

 

İkinci əl geyim almağı nəzərdən keçirin

Keyfiyyətli məhsulları daha münasib qiymətə almaq üçün ikinci əl satışı edən saytlara göz gəzdirin. Yaxşı vəziyyətdə olan və şkafınıza daxil etmək istədiyiniz geyimlərlə yanaşı, dəbinin keçəcəyini düşündüyünüz üçün böyük pul xərcləmək istəmədiyiniz əşyaları bu üsulla əldə edə bilərsiniz.

 

Etibarlı bir dərzi tapın

Boyunuz ortalamadan qısadırsa, yəqin ki, artıq dərziniz var, lakin ortalama bir alıcı da istedadlı bir dərzidən bəhrələnə bilər. Əyninizə tam oturmayan geyimlər ürəyinizcə olmayacaq. Həmçinin, şkafınızın arxasında asılı qalan və heç vaxt geyinmədiyiniz o möhtəşəm paltarı dərziyə apararaq sizə uyğun hala gətirə bilərsiniz. Yaxşı dərzinin əlindən çıxan geyim, qiyməti nə olursa olsun, olduqca keyfiyyətli və nəcib görünür.

 

Ayaqqabılarınıza yaxşı qulluq edin

Həm bütün günü sizi daşıdıqları üçün, həm də kombininizin tamamlayıcısı olduqları üçün ayaqqabılar vacibdir. Keyfiyyətli bir ayaqqabıya pul xərcləmək, ona yaxşı qulluq etdiyiniz müddətcə qoyduğunuz investisiyanın qarşılığını almağa və ondan uzun müddət istifadə etməyə imkan verir.

 

Neytral rənglərə sadiq qalın

Tez-tez dəyişən dəb qarşısında davam gətirən bir qarderob yaratmaq istəyirsinizsə, xüsusilə əsas geyimləriniz neytral rənglərdə olmalıdır. Hər zaman uyğun bir şərf və ya bəzək əşyası kimi aksesuarları fərqli rənglərdə əlavə edərək, zövqünüzdən ödün vermədən tərzinizi tamamlaya bilərsiniz.

 

Bir boy güzgüsü satın alın və geyinmə sahənizə uyğun bir işıqlandırma quraşdırın

Hamımız ofisdə çox parlaq makiyajı olan qadını və ya biri tünd göy, biri qara corab geyinən kişini görmüşük. Evdən çıxmazdan əvvəl xarici görünüşünüzü yoxlamaq, bu cür səhvləri heç kim fərq etmədən tutmağınıza kömək edəcək.

 

Bəyənmədiyiniz bir şeyi əsla satın almayın

Sırf endirimdə olduğu və o qiymətə bir daha tapa bilməyəcəyinizi düşündüyünüz üçün hər hangi bir şeyi almayın. Nə qədər ucuz olursa-olsun, əgər istifadə etməsəniz, ehtiyac olmadan baha başa gəlmiş olar.

 

Bəyəndiyiniz əsas geyim modelindən bir neçə dənə alın

Davamlı geyinə biləcəyiniz şalvar, yubka və ya köynək kimi geyimi çox bəyənmisinizsə, fərqli rənglərdə də olsa bir neçə ədəd alaraq şkafınızı iatədiyiniz kimi edə bilərsiniz.

 

Klassik geyimlərə pul xərcləyin

Xüsusilə davamlı geyinəcəyiniz geyimləri satın alarkən, daha ucuz amma daha keyfiyyətsiz bir məhsul seçsəniz, zamanla bunun heç də sərfəli olmadığını anlayacaqsınız. Bunun əvəzinə, həqiqətən istifadəyə yararlı olacaq geyimlərə pul xərcləyin və onların keyfiyyətli olmasına diqqət yetirin.

 

Əminə Bayramova

Tarix: 30 İyun 2026, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin