BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Belə söz deməmişəm, məni ləkələmək üçün edirlər”

“Mən belə söz deməmişəm. Bu, saxtakarlıqdır, müəyyən mərkəzlər tərəfindən məqsədli surətdə ortaya atılmış çirkin addımdır. Görünür, məni ləkələmək üçün söz tapa bilməyəndə şəklimin altında demədiyim bir sözü yazaraq dövriyyəyə buraxırlar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə sosial şəbəkələrdə onun sözləri kimi yayılan ifadələr haqqında danışarkən deyib.

 

Deputat bildirib ki, bu gün sosial şəbəkədə sərhəd yoxdur və təəssüf ki, bəzi hallarda istifadəçilər mənbəni axtarmırlar: “Bu, ya Azərbyacandakı radikal müxalifətin, ya da xaricdəki anti-Azərbaycan mərkəzlərin işidir. Rastıma çıxıb və gördüyüm ondan ibarətdir ki, məqsədli surətdə bu və ya digər şəkildə iqtidar nümayəndəsini ləkələməyə çalışırlar. Heç nə tapmayanda isə şəklin altında, sadəcə, söz yazaraq ortaya buraxırlar. Belə söz deməmişəm. Heç yerdə onun mənbəsi yoxdur. Belə bir fikir mənim düşüncəmə və fəaliyyətimə ziddir”.

 

Qeyd: Sosial şəbəkələrdə deputatın şəklinin üzərində yazılan yazıda iddia olunur ki, A.Mirzəzadə guya Azərbaycan xalqından dövlətdən saxta yollarla mənimsənildiyi iddia edilən vəsaitləri, eləcə də pensiyaları geri qaytarmağı tələb edir.

 

Şəhanə Qədirli

Tarix: 30 İyun 2026, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin