BURADA REKLAMINIZ OLA
BİLƏR

Zinət əşyalarınızın ömrünü uzadacaq tövsiyələr

Zinət əşyalarının uzun illər ilk günkü parlaqlığını qoruması üçün onlara düzgün qulluq etmək vacibdir.


Pravda.az bildirir ki, sadə vərdişlər həm qızıl, həm gümüş, həm də qiymətli daşlarla bəzədilmiş aksessuarların ömrünü əhəmiyyətli dərəcədə uzada bilər.


Ətir, saç spreyi, krem və digər kosmetik vasitələri istifadə etdikdən sonra zinət əşyalarını taxmaq tövsiyə olunur. Bu məhsulların tərkibindəki kimyəvi maddələr zamanla metalın parlaqlığını azalda və daşlara zərər verə bilər.


Zinət əşyaları duş qəbul edərkən, hovuzda və ya dənizdə üzərkən, idmanla məşğul olarkən və ev işləri görərkən çıxarılmalıdır. Xlorlu su, duz, tər və təmizləyici vasitələr onların səthinin zədələnməsinə səbəb ola bilər.


Aksesuarları bir-birinə toxunmayacaq şəkildə, yumşaq parçalı qutuda və ya ayrı kisəciklərdə saxlamaq cızılmaların qarşısını alır. İstifadədən sonra yumşaq mikrofiber parça ilə silmək də onların parlaqlığını qorumağa kömək edir.
 

Mütəxəssislər əlavə edirlər ki, qiymətli zinət əşyalarını müəyyən aralıqlarla peşəkar təmizləməyə vermək və daşların bərkidilməsini yoxlatdırmaq onların həm görünüşünü, həm də istifadə müddətini uzadır.


Əminə Bayramova 

Tarix: 30 İyun 2026, 16:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin