BURADA REKLAMINIZ OLA
BİLƏR

Peruda ilk dəfə qadın prezident seçildi - keçmiş prezidentin qızıdır...

Perunun mühafizəkar “Xalqın gücü” Partiyasının lideri Keyko Fuhimori prezident seçkilərinin ikinci turunda qalib gəlib.

 

Perunun Milli Seçki Komissiyasının məlumatına görə, Keyko Fuhimori prezident seçkilərinin iyunun 7-də keçirilən ikinci turunda səslərin 50,1 faizini, solçu “Peru üçün birlikdə” Partiyasının namizədi Roberto Sançes isə 49,86 faizini toplayıb.

 

Keyko Fuhimori iyulun 3-də rəsmən qalib elan ediləcək, andiçmə mərasimi isə iyulun 28-də keçiriləcək.Azərtac

 

Ölkənin sabiq Prezidenti Alberto Fuhimorinin qızı olan 51 yaşlı Keyko Fuhimori Perunun ilk qadın prezidenti olacaq.AZƏRTAC

Tarix: 30 İyun 2026, 16:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin