BURADA REKLAMINIZ OLA
BİLƏR

Əsgərliyə gedən şəxslərin kredit borcu DONDURULUR? - AÇIQLAMA

Hüquqşünas Əkrəm Həsənov hərbi xidmətə çağırılan şəxslərin adına banklara olan kredit borclarının dondurulması ilə bağlı suallara aydınlıq gətirib.

 

Ə.Həsənov Pravda.az-a açıqlamasında deyib ki, əsgərliyə gedənlərin kredit borcu dondurulmur, qanunda belə bir şey yoxdur.

Əkrəm Həsənov: “İşsizlər çalışsınlar ki, öz kartlarından istifadə  etməsinlər” Pravda.az

Hüquqşünas həmçinin bildirib ki, kreditin dondurulması, ümumiyyətlə, qanunda yoxdur: “Şəxs əsgərlikdədir, yaxud xəstədir, öldü, bunun məsələyə aidiyyəti yoxdur. O, əmlakı ilə borcuna görə cavabdehdir. Bəli, ola bilər ki, bank güzəşt etsin, gözləsin. Yaxud gözləməyə də bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 1 İyul 2026, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin