BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hizbullah"ı terror təşkilatı kimi tanındı

Litva "Hizbullah"ı terror təşkilatı kimi tanıyıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qurumlarımızın və tərəfdaşlarımızın məlumatlarını nəzərə alaraq, "Hizbullah"ın Litva da daxil olmaqla bir çox ölkənin təhlükəsizliyinə təhdid yaradan terror vasitələrindən istifadə etməsi ilə bağlı nəticəyə gəldik. ABŞ, Almaniya, Britaniya, Niderland və eyni qərarı qəbul etmiş digər ölkələrin yanındayıq", - deyə Litvanın Xarici İşlər naziri Linas Linkeviçius yaydığı bəyanatda bildirib.

Nazirliyin məlumatında qeyd olunub ki, Litvanın Miqrasiya İdarəsi tərəfindən verilmiş qərarla "Hizbullah"la əlaqəli şəxslərin Litvaya girişi qadağan edilir. Qadağa 10 il qüvvədə olacaq.

İsrailin Xarici İşlər naziri bu qərarla bağlı Litvaya təşəkkür edib.

Bu barədə İsrailin XİN başçısı Qabi Aşkenazi "Twitter"də bildirib.

"Litvanın XİN rəhbəri ilə danışdım və "Hizbullah"ı terror təşkilatı kimi tanımaq qərarına görə ona təşəkkür etdim. Bütün Avropa ölkələrini oxşar qərarlar qəbul etməyə çağırıram. Hizbullahın Livandakı hərəkətləri bütün Livan əhalisini girov saxlayır", - deyə Aşkenazi qeyd edib.APA

Tarix: 13 Avqust 2020, 15:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin