BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəriman Həsənzadənin vəziyyəti ağır olaraq qalır

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır.

 

Bu barədə Pravda.az-a açıqlamasında Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

 

O bildirib ki, şair hazırda reanimasiya şöbəsindədir və kompleks müalicəsi davam etdirilir: “Hansı müddətə yaxşılaşacağı ilə bağlı heç kim heç nə deyə bilməz. Ümid edirik ki, inşallah tezliklə özünə gələr. Şüuru özündədir, amma danışmaqda çətinlik çəkir. Çünki süni tənəffüs aparatına qoşulub. Yavaş-yavaş göstəriciləri düzəlir. Hazırda dializ olunub, ümid edirik ki, müalicələrə  müsbət cavab verər”.

A.Mehmandost qeyd edib ki, bir müddət əvvəl şairin vəziyyəti  yaxşı olsa da, birdən-birə ağırlaşıb: "Böyrək çatışmazlığı olduğundan arada böyrək funksiyasını itirir. Bu səbəbdən də vəziyyəti qəflətən ağırlaşdı".

 

 

Şəhanə Qədirli

Tarix: 1 İyul 2026, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin