BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransada 2027-ci il prezident seçkiləri bu tarixdə keçiriləcək

Fransada 2027-ci il prezident seçkilərinin birinci turunun aprelin 18-də, ikinci turunun isə mayın 2-də keçirilməsi planlaşdırılır.

 

Bu barədə Ouest-France qəzeti məlumat yayıb.

 

Fransa Konstitusiyasına əsasən, prezident seçkilərinin birinci turu fəaliyyət göstərən dövlət başçısının səlahiyyət müddətinin başa çatmasına 35–20 gün qalmış keçirilməlidir. Hazırkı prezidentin mandatı gələn il mayın 14-də başa çatdığı üçün qanuni müddət 9–24 aprel tarixlərini əhatə edir.

 

Hökumət tərəfindən bu məsələ ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.Azərtac

Tarix: 1 İyul 2026, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin