BURADA REKLAMINIZ OLA
BİLƏR

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək 41 mindən çox abituriyent...

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 5-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

 

DİM-dən Pravda.az-a verilən məlumata görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

 

İştirakçılar iyunun 25-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

 

II ixtisas qrupu üzrə imtahanda 18908, III ixtisas qrupu üzrə imtahanda isə 22714 nəfər olmaqla, ümumilikdə 41622 abituriyentin iştirakı nəzərdə tutulur.

 

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.

Tarix: 1 İyul 2026, 14:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin