BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücülərin nəzərinə: Cəriməni ödəməsəniz, nə baş verə bilər? - İZAH

Yollarda təhlükəsizliyin təmin edilməsi üçün tətbiq olunan inzibati cərimələr vaxtında ödənilmədikdə onların hüquqi nəticələri də yaranır. Bir çox sürücü rəsmi müddəti bilmədiyi üçün cəriməni ödəməyi gecikdirir, daha sonra isə artıq sürücülük hüququnun məhdudlaşdırılması kimi hallarla rastlaşır.

 

Bəs qüvvədə olan qanunvericilik bu barədə nə deyir?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert-hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, bu məsələlər İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

Ərşad Hüseynov: “Şuşa təkcə mədəniyyət beşiyi kimi deyil, həm də  cəngavərlər qalası kimi tanıdılmalıdır” Pravda.az

O bildirib ki, sürücü və istənilən digər yol hərəkət iştirakçısı yol hərəkət qaydalarını pozduğuna görə cərimə tətbiq olunarsa, həmin cərimənin tətbiqi ilə bağlı qərar rəsmi qaydada təqdim edildikdən 20 gün sonra qüvvəyə minir: “İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsində göstərilir ki, təqdim edildikdən ilk 20 gün və qüvvəyə mindikdən sonra daha 10 gün sürücü, piyada yol hərəkəti qaydaları ilə bağlı cəriməni 10 faiz güzəştlə ödəyəcək. Məsələn, bildiriş gəlir ki, barənizdə kamera vasitəsilə qeydə alınmış filan səbəbə görə cərimə var. Həmin cərimə rəsmi formada bu gün gəldisə, 30 günə qədər həmin cəriməni 10 faizlik güzəştlə ödəyə bilər. Əgər həmin o müddəti keçərsə, artıq cərimə güzəştsiz şəkildə ödənməlidir. İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə əsasən, cərimə qanuni qüvvəyə mindikdən sonra bir ay müddətində ödənilməzsə, üzərinə faiz gəlməyə başlayır. Rəsmi qərar 20 gün sonra qüvvəyə minir, daha sonra bir ay müddətində icra edilməzsə, faiz gəlir. Yəni qərarın rəsmi formada çatmasından 50 gün sonra üzərinə faiz gələcək. Yenə ödənilməzsə, 2 ay müddətində faiz gələ bilər. Cərimə 60 faizə qədər arta bilər. Vətəndaş buna baxmayaraq yenə ödəməzsə, 2 ay sonra sistemdə qərar çıxarılır ki, nəqliyyat vasitəsi saxlanılsın, duracağa qoyulsun ki, sürücü cəriməsini ödəsin. Bu sürücü barəsində ola bilər, çünki yanlız sürücü nəqliyyat vasitəsini idarə edərkən qaydanı pozub cəriməyə məruz qala bildiyinə görə ancaq sürücü barəsində qərar qüvvəyə minəndən, iki ay tamam olandan sonra avtomobil duracağa qoyula bilər. 80 gündən sonra avtomobilin duracağa qoyulması ilə bağlı qərar çıxarılır. Sürücü yenə cəriməni ödəməzsə, qərarın qüvvəyə minməsindən 3 ay sonra sürücülük hüququ məhdudlaşdırıla bilər. Dövlət yol polisi şöbəsində protokol tərtib olunur, məhkəməyə göndərilir, məhkəmənin qərarı ilə sürücülük hüququ 6 aydan bir ilə qədər məhdudlaşdırıla bilər. Əslində ümumilikdə 110 gün sonra sürücülük hüququ məhdudlaşdırıla bilər. Ona görə də sürücülər və digər hərəkət iştirakçıları cərimə barəsində də diqqətli olmalıdırlar ki, həm vaxtında ödəyib güzəştdən istifadə edə bilsinlər, həm də üzərinə faiz gəlməsin, avtomobilin saxlanılması ilə bağlı qərar verilməsin”.

 

Ə.Hüseynovun sözlərinə görə, bu barədə sürücü və digər hərəkət iştirakçılarına rəsmi məlumat verilməlidir, bəzən isə rəsmi məlumatlandırmada problem olur: “Bəzən kimsə telefon nömrəsini dəyişir və yaxud hansısa digər səbəbdən sürücüyə məlumat verilmir. Sürücünün də xəbəri olmadan avtomobili sürür, daha sonra saxlayırlar ki, sizin avtomobiliniz duracağa qoyulmalıdır və s. Bu səbəbdən məlumatlandırılma sistemi daha dəqiq işləməlidir. Sürücülər də cərimələrlə bağlı gələn məlumata diqqətli yanaşmalıdırlar. Bəzən “barənizdə cərimə var” deyə sms gəlir və ya e-mail, asan ödəniş kabinetinə məlumat gələ bilər. Bəzən buna əhəmiyyətsiz yanaşılır. Bu, doğru deyil”.

 

Şəhanə Qədirli

Tarix: 1 İyul 2026, 14:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin