BURADA REKLAMINIZ OLA
BİLƏR

Göyçayda sel və daşqın sularından mühafizəyə 800 min sərf olunacaq

Göyçay rayonunun Qızılağac və Şəkili kəndlərində təsərrüfatların və əkin sahələrinin Göyçay çayının sel və daşqın sularından mühafizəsi tədbirlərinə 818 754 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, sifarişçi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi, icraçı isə “Real-İnşaat” MMC-dir.

 

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 1 İyul 2026, 16:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin