BURADA REKLAMINIZ OLA
BİLƏR

“Müsəlman qardaşları”nın lideri həbsxanada vəfat etdi

“Müsəlman qardaşları” hərəkatının liderlərindən olan Essam al-Erian Misirdə həbsxanada vəfat edib.

Pravda.az-ın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili bildirib. 

Vəkil qeyd edib ki, Essam al-Erianın ölümü ilə bağlı onun ailəsinə məlumat verilib.  

Misir mətbuatı Essam al-Erianın ürək tutmasından vəfat etdiyini yazıb. 

Qeyd edək ki, 66 yaşlı Essam al-Erian 2013-cü sabiq Prezident Məhəmməd Mursinin devrilməsindən sonra həbs olunub. O, “Müsəlman qardaşları”nın siyasi qanadının (indiki Azadlıq və Ədalət Partiyası) vitse-prezidenti idi. 

Essam al-Eriana zorakılıq, qətl və casusluq ittihamları irəli sürülüb və həbs edilib.

Tarix: 13 Avqust 2020, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin