BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan-Avropa İttifaqı münasibətlərində keyfiyyətcə yeni mərhələdən danışmaq üçün kifayət qədər əsaslar mövcuddur - RƏY

“Azərbaycan-Avropa İttifaqı münasibətlərində müşahidə olunan son dinamika yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu münasibətlər artıq təkcə enerji əməkdaşlığı ilə məhdudlaşmır. Həm də siyasi dialoq, nəqliyyat bağlantıları, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq kimi istiqamətləri də əhatə edən strateji xarakter alır. Avropa Komissiyasının Prezidenti Ursula Fon Der Leyenin Azərbaycanı strateji tərəfdaş kimi qiymətləndirməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində, xüsusilə, təbii qaz tədarükünün şaxələndirilməsində və orta dəhlizin inkişafında oynadığı mühüm rolu təsdiqləyir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Samir Vəliyevin böyür-başında bir adam yoxdurmu başa salsın ki, AZAL  təyyarəsi Aktauda vurulmayıb, Aktauda qəzaya uğrayıb Pravda.az

Deputat bildirib ki, mövcud gesosiyasi reallıqlar fonunda Azərbaycan etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib: “Bu isə Avropa İttifaqı ilə münasibətlərin qarşılıqlı maraq, praqmatik əməkdaşlıq və uzun müddət strateji əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyini göstərir. Bununla yanaşı, əməkdaşlığın perspektivi enerji sahəsindən kənarda da yaşıl enerji, rəqəmsal transformasiya, nəqliyyat-loqistika, investisiyalar, ticarət istiqamətlərində daha geniş imkanlar yaradır. Azərbaycan-Avropa İttifaqı münasibətlərində keyfiyyətcə yeni mərhələdən danışmaq üçün kifayət qədər əsaslar mövcuddur. Bununla yanaşı, əməkdaşlığın perspektivi enerji sahəsindən kənarda da yaşıl enerji, rəqəmsal transformasiya, nəqliyyat-loqistika, investisiyalar və ticarət istiqamətlərində daha geniş imkanlar yaradır. Beləliklə, Azərbaycan-Avropa İttifaqı münasibətlərində keyfiyyətcə yeni mərhələdən danışmaq üçün kifayət qədər əsaslar mövcuddur. Strateji tərəfdaşlıq anlayışı tərəflər arasında uzunmüddətli etimadın, siyasi dialoqun və qarşılıqlı maraqların yüksək səviyyəsini ifadə edir. Azərbaycan balanslaşdırılmış xarici siyasəti sayəsində həm Şərq, həm də Qərblə konstruktiv münasibətlər quran azsaylı dövlətlərdəndir. Bu yanaşma ölkənin geosiyasi çəkisini artırır və onu mürəkkəb beynəlxalq şəraitdə etibarlı tərəfdaş kimi ön plana çıxarır. Məhz buna görə də Avropa İttifaqı ilə münasibətlərdə müşahidə olunan yeni dinamika iki tərəfin strateji maraqlarının üst-üstə düşməsinin məntiqi nəticəsidir. Bu gün Azərbaycan Avropa üçün yalnız enerji təchizatçısı deyil, ölkəmiz regional sabitliyin təmin edilməsində, enerji və nəqliyyat təhülkəsizliyində, eləcə də Avrasiya məkanında əlaqələndirici körpü rolunu oynayan strateji tərəfdaş kimi qəbul edilir. Bu isə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən ən mühüm göstəricilərindən biridir”.

 

Aytəkin Qardaşova

Tarix: 2 İyul 2026, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin