BURADA REKLAMINIZ OLA
BİLƏR

Nail Kəmərli bu kanalda yeni veriliş aparacaq

Tanınmış bloger Nail Kəmərli “Space TV”nin efirində yeni layihə ilə çıxış etməyə hazırlaşır.

 

Pravda.az Bakupost.az-a istinadən xəbər verir ki, o, həftəiçi beş gün yayımlanacaq “Space Patrul” verilişinin aparıcısı olacaq.

 

Məlumata görə, proqramda ölkədə baş verən mühüm kriminal hadisələr, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar, eləcə də gündəmin diqqət çəkən cinayət xəbərləri tamaşaçılara təqdim olunacaq.

Tarix: 2 İyul 2026, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin