BURADA REKLAMINIZ OLA
BİLƏR

2027-ci ildən sonra Azərbaycanın yaşıl enerjisi Avropa bazarına nəql ediləcək - RƏY

“Azərbaycan-Avropa arasında yaşıl enerji sahəsində əməkdaşlıq prioritet istiqamətlərdəndir. Avropa Komissiyası Prezidenti Ursula Fon Der Leyenin Bakıya səfərində də müzakirə edilən məsələlərdən biri məhz yaşıl enerji sahəsində potensial əməkdaşlıqla bağlı idi. Həm cənab Prezident İlham Əliyevin, həm də xanım Ursula Fon Der Leyenin mətbuat bəyanatlarında tərəflər arasında enerji əməkdaşlığının yüksək səviyyədə olduğu xüsusi vurğulandı. Sözsüz ki, yaşıl enerji sahəsində əməkdaşlığın gücləndirilməsi də prioritet istiqamətlərdəndir. Artıq Azərbaycan-Avropa İttifaqı arasında bu istiqamətdə anlaşma var. Həmin anlaşmaya əsasən, Azərbaycan və Gürcüstanın yaşıl enerjisi Qara dəniz vasitəsilə Avropa İttifaqına, xüsusilə, Rumıniya, Bolqarıstan, Macarıstana çıxarılmalıdır. Bu istiqamətdə də işlər davam etdirilir. Çünki Azərbaycan yaşıl enerji hasilatına regionda ən çox sərmayə sərf edən dövlətdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Vüqar Bayramov: “Çoxuşaqlı ailələrin dəstəklənməsi prioritet olaraq  qalmaqdadır” Pravda.az

Onun qeyd edib ki, son illər bu istiqamətdə bir milyard dollardan artıq xarici sərmayə cəlb edilib: “Fərqli dövlətlərlə - istər Qərb, istər Körfəz, istərsə də Çin ilə bu istiqamətdə əməkdaşlıq həyata keçirilir, birgə layihələr reallaşdırılır. Bütün bunlar nəticədə yaşıl enerji hasilatının artmasına gətirib çıxarır. Gözlənti bundan ibarətdir ki, 2027-ci ildən sonra Azərbaycanın yaşıl enerjisi Avropa bazarına nəql ediləcək. Bu, Azərbaycan-Avropa İttifaqı arasında enerji əməkdaşlığında yeni mərhələ olacaq. Bu eyni zamanda Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsinə və dövlət gəlirlərimizin artmasına xidmət edəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 2 İyul 2026, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin