BURADA REKLAMINIZ OLA
BİLƏR

11 yaşlı oğlan avtomobillə buddist rahibləri vurdu: 8 nəfər həlak olub

Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub.

 

Hadisə Tailandın şimal-şərqində baş verib.

 

Belə ki, atasının avtomobilini icazəsiz götürən 11 yaşlı oğlan idarəetməni itirərək, yolda hərəkətdə olan rahiblərə çırpılıb.

 

Qəza nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.

 

Yaralılardan 13 nəfərin  vəziyyəti ağırdır.

 

Xarici medianın yazdığına görə, hadisəni törədən 11 yaşlı oğlan xüsusi qayğıya ehtiyacı olan (autizm və ya digər inkişaf ləngiməsi) bir uşaqdır. O, qəzadan sonra şok vəziyyətinə düşüb.

Tarix: 2 İyul 2026, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin