BURADA REKLAMINIZ OLA
BİLƏR

Elm və Təhsil Nazirliyi 14.2 milyonu bu işlərə sərf edəcək

Elm və Təhsil Nazirliyinin (ETN) Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi maşın və avadanlıqların (ətçəkən, paltaryuyan maşın, printer və s.) alınmasına 9 766 609 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, satışı “Simplex” QSC həyata keçirəcək.

 

İdarə bundan başqa, Şuşa şəhər Kollecinin (Qarabağ Universitetinin Turizm fakultəsi) binasının əsaslı təmiri və bərpası işlərinə 4 492 871 AZN xərcləyəcək. Müvafiq xidməti “İdeal TM” QSC göstərəcək.

 

Qurum hər iki QSC ilə müqavilə bağlayıb. Görüləcək işlərin ümumi dəyəri 14 259 480 AZN-dir.

 

Cabir

Tarix: 2 İyul 2026, 15:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin