BURADA REKLAMINIZ OLA
BİLƏR

Hər fəslin xilaskarı: Hansı jilet modelini seçməli?

​Keçmişdən günümüzə qədər aktuallığını itirməyən və hər dövrün klassiki hesab olunan jiletlər, bu mövsüm dəb dünyasında yenidən zirvəyə qalxır.


Pravda.az bildirir ki, istər qadın, istərsə də kişi qarderobunun xilaskar geyiminolan jiletlər, düzgün kombin edildikdə həm müasir, həm də şık görünüş təmin edir.


​Bu mövsüm parça, cins, dəri və şişmə model jiletlər hər üsluba və fəsilə uyğun çeşidləri ilə diqqət çəkir. Klassik geyimə üstünlük verənlər üçün köynək və ya sadə bluzlarla tamamlanan, xüsusilə neytral tonlardakı (qara, boz, bej) parça jiletlər ofis stilinə zəriflik qatır. Gündəlik və idman üslubunu sevənlər üçün isə cins və dəri jiletlər əla seçim hesab olunur. Trendlərə görə, jilet kombinlərini nazik kəmərlər, zəncir boyunbağılar mövsümə uyğun papaqlarla tamamlayaraq daha güclü bir tərz yaratmaq mümkündür.


Əminə Bayramova

Tarix: 2 İyul 2026, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin