BURADA REKLAMINIZ OLA
BİLƏR

Aİ ilə əməkdaşlığın əsas dayaqlarından biri Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasət kursudur – RƏY

“Avropa Komissiyasının Prezidenti Ursula Fon Der Lyayenin Bakıda keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanata əsasən, Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin gücləndirilməsi məqsədilə sərhədyanı bölgələr üçün, təxminən, 20 milyon avro dəyərində yardım paketi ayırmağı nəzərdə tutur. Bu yardım paketi iki icma arasında sülhün iqtisadi faydalarının təşviqinə yönəlib və sülhün “dividendlərinin” yerli əhali üçün daha görünən olmasını hədəfləyir. Proqram çərçivəsində təcili tibbi yardım xidmətlərinin gücləndirilməsi, səhiyyə infrastrukturuna sərmayə qoyuluşu, minatəmizləmə fəaliyyətlərinin genişləndirilməsi, kənd təsərrüfatının və su təminatının yaxşılaşdırılması, eləcə də “ağıllı kənd təsərrüfatı” kimi müasir yanaşmaların tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi də əsas prioritetlərdən biri kimi qeyd olunur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Azər Badamov: “Mühacirləri döymək dövlətimiz üçün o qədər də əhəmiyyətli  məsələ deyil” Pravda.az

Deputat bildirib ki, bu təşəbbüs regionda dayanıqlı sülhün möhkəmləndirilməsi və sərhəd icmalarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir: “Bəzi Avropa parlamentarilərinin qərəzli və ikili standartlara əsaslanan yanaşmalarına baxmayaraq, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğu aydın görünür. Bu əməkdaşlığın əsas dayaqlarından biri Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət kursudur. Azərbaycanın reallaşdırdığı strateji bağlantı layihələri və ölkənin Avropa İttifaqının enerji təhlükəsizliyində artan rolu ikitərəfli münasibətlərdə yeni inkişaf mərhələsi formalaşdırıb. Azərbaycanın yaratdığı regional reallıqlar və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr ölkəni mühüm logistik və enerji mərkəzlərindən birinə çevirib. Avropa İttifaqı isə Azərbaycanın yaratdığı bu imkanları dəstəkləməkdə və yeni investisiya təşəbbüsləri ilə əməkdaşlığı daha da gücləndirməkdə maraqlıdır. Bu yanaşma tərəflər arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir və regionda dayanıqlı sülhün möhkəmlənməsi üçün əlavə imkanlar yaradır”.

 

Aytəkin Qardaşova

Tarix: 2 İyul 2026, 15:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin