BURADA REKLAMINIZ OLA
BİLƏR

Suallar özəl universitetlərə qəbulu artırmaq üçün çətin salınır? - AÇIQLAMA

“Universitetə qəbul prosesi kifayət qədər ağır və mürəkkəb bir prosesdir. Sadə deyil və bu prosesin həyata keçirilməsi də çox çətindir. Hesab edirəm ki, sistem Azərbaycanda yaxşı qurulub və Dövlət İmtahan Mərkəzi fəaliyyətini normal həyata keçirir. Yəni biz ümumi baxanda işlərin şəffaf formada həyata keçirildiyini görürük. Ümumiyyətlə, fəaliyyətin qurulması baxımından zaman-zaman müxtəlif tənqidlər olsa da, hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi öz işini yaxşı qurur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bu il qəbul ballarının aşağı düşəcəyi ilə bağlı ehtimallara münasibət bildirərkən deyib.

Deputat Xamenei üçün hazırlanan “Ağa can, 100 yaşa” videosundan danışdı:  “Güclü ideoloji iş apara bilməsək...” Pravda.az

Deputat qeyd edib ki, əsas hədəf və məqsəd sırf universitetə qəbul olunmaq deyil: “Qəbul məsələsinə gəldikdə isə, burada bir neçə məqam var. Ballar yüksək olduqda yəni qəbul azalır, narazılıq yaranır ki, qəbul balları çox yüksəkdir. Ballar aşağı olduqda isə azballı uşaqların universitetlərə qəbulu üçün şərait yaradır və bu təlim-tədris prosesinə də ciddi bir formada təsirini göstərir. Eyni zamanda, ballar yüksək olduqda da uşaqlar daha çox xaricə meyil göstərirlər və çalışırlar ki xaricdə təhsil alsınlar. Bu da təbii ki, dediyimiz digər proseslərə təsirini göstərir. Burada müəyyənləşdirməliyik ki, biz nə istəyirik? Əsas hədəf universitetə sırf qəbul olunmaq deyil, savadlı, bilikli mütəxəssis olmaqdır”.

 

C.Məmmədov vurğulayıb ki, sualların ödənişli özəl ali məktəblərə qəbulu daha çox artırmaq üçün qəsdən çətin salınması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: “Belə bir hədəf yoxdur ki, məqsədli şəkildə abituriyentlər kəsilsin və ya harasa yerləşdirilmək üçün belə bir addım atılsın. Hesab etmirəm ki, belə bir yanaşma var. Sadəcə, prosesdə orta məktəb təhsilinin rolu çox böyükdür. Biz mütləq şəkildə orta məktəblərdə tədrisin, təhsilin keyfiyyətini maksimum dərəcədə artırmalıyıq. Hazırda müəyyən işlər gedir, sertifikasiya keçirilir, müəllimlərin işə qəbulu ilə bağlı addımlar atılır... Birmənalı olaraq çalışmalıyıq ki, təhsilin keyfiyyəti daha da qalxsın. Biz ona mütləq şəkildə nail olmalıyıq və ona doğru irəliləməliyik”.

 

Şəhanə Qədirli

Tarix: 2 İyul 2026, 15:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin