BURADA REKLAMINIZ OLA
BİLƏR

"Məndən çox yoldaşım evdə olurdu" - VİDEO

Xalq artisti Mələkxanım Əyyubova həyat yoldaşı, keçmiş polis polkovniki Xosrov Nəcəfovdan danışıb.

 

Xanəndə "İncə səhər" verilişində həyat yoldaşının uşaqlıqdan polis peşəsinə böyük həvəsi olduğunu bildirib. O qeyd edib ki, bir-birilərinə hər zaman anlayışla yanaşıblar:

 

"Uzaq qohumumuz idi. Uşaqlıqdan görürdüm ki, polis olmaq eşqi ilə yaşayır. Əmiləri də polis idi. Bütün şəkillərini polis formasında çəkdirərdi. Böyük əziyyətlə çalışaraq polkovnik rütbəsinə qədər yüksəldi. Mən çox vaxt sənətimə görə evdə olmurdum. O, məndən çox evdə olurdu. Amma düşünürəm ki, insan ailəsinə bağlıdırsa, vicdanlı və məsuliyyətlidirsə, istər gecə-gündüz işdə olsun, fikri də, düşüncəsi də evində olacaq.

 

İstər yoldaşım, istərsə də mən vətən üçün belə övladlar yetişdirmişik. Sənətimlə yox, məhz övlad böyütməklə fəxr edirəm. Evdə olmamağımız, çəkilən əziyyətlər... Bütün bunların təməlində ailə dayanır. Bu gün bütün polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edirəm. Xosrov müəllimə də can sağlığı arzulayıram".

 

Qeyd edək ki, cütlüyün 4 övladı var.axşam.az

 

Tarix: 2 İyul 2026, 17:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin