BURADA REKLAMINIZ OLA
BİLƏR

Toy ərəfəsində panikaya düşməyin! Stresi azaldacaq 10 vacib məsləhət

Toy hazırlığı sevinc dolu olsa da, gərginlik və narahatlıq yarada bilər. Düzgün planlama ilə bu prosesi daha rahat keçirmək mümkündür.


Pravda.az bildirir ki, toy öncəsi stressi azaltmaq üçün aşağıdakı məsləhətlərə əməl edin:


Toyun detalları ilə bağlı qərarları birlikdə verin.

İlk olaraq toy məkanını seçin, digər hazırlıqları buna uyğun planlaşdırın.


Büdcənizi əvvəlcədən müəyyən edin və xərcləri nəzarətdə saxlayın.

Bütün işləri tək üzərinizə götürməyin, yaxınlarınızdan kömək istəyin.

Hər kəsin fikrinə uyğun hərəkət etməyə çalışmayın.

Hazırlıq müddətində özünüzə istirahət etmək üçün vaxt ayırın.

Xırda problemləri böyütməyin və hər şeyin mükəmməl olmasına çalışmayın.

Gözlənilməz hallar üçün ehtiyat plan hazırlayın.

Zərurət olduqda peşəkar toy təşkilatçısından dəstək alın.

Toy günü sakit qalmağa çalışın və bu özəl anın zövqünü çıxarın.


Qeyd: Toyun qüsursuz keçməsindən daha vacibi cütlüyün özünü rahat, xoşbəxt və stresssiz hiss etməsidir. Buna görə də diqqəti xırda çatışmazlıqlara deyil, həyatınızın ən önəmli günlərindən birini sevgi ilə yaşamağa yönəltmək tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 2 İyul 2026, 17:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin