BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ilanlar niyə artıb? – “Əsas narahat edən gürzələrdir”

Bakı şəhərin bir sıra ərazilərində, eləcə də yaşayış binalarında ilanların görülməsi insanlar arasında təşvişə səbəb olub. Bunun ilk hal olmadığını bildirən bina sakinləri ilanların evlərə daxil ola biləcəyindən narahatdırlar.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən zooloq İlham Ələkbərov qeyd edib ki, ilanların çox görülməsi urbanizasiya prosesləri ilə bağlıdır.

Ələkbərov İlham Xəyyam oğlu

Onun sözlərinə görə, ilanların öncələr yaşadıqları təbii yerlər söküldüyü üçün başqa ərazilərdə görünürlər: “Abşeron rayonu ərazisində söküntü və tikinti işləri gedir. Pirşağı, Bilgəh və digər ərazilərdə də mütəmadi olaraq tikinti işləri davam edir. İnsanlar həmin yerləri zəbt edir. Bu səbəbdən ilanlar məcbur yerlərini dəyişirlər. Çimərlikdə görülən ilanların 90 faizi isə zəhərsizdir, zərəri yoxdur. Əsas bizi narahat edən gürzələrdir. Onların sayı çox artıb. Artmağı isə urbanizasiya ilə bağlıdır. Daşlıqlar, söküntülərin olduğu, tikinti ləvazimatlarının uzun müddətlik unudulub qaldığı yerlər onların məskunlaşması üçün məkanlar hesab edilir”.

 

Mütəxəssis onu da əlavə edib ki, hər poliklinikada gürzə və digər zəhərli gürzəkimilər ilanlarının dişləməsinə qarşı anti-gürzə serumu mövcud olmalıdır: “Tibb müəssisələrində ehtiyat vasitələri olmalıdır. Əminəm ki, bu ehtiyat yoxdur, həmin dərman bahalıdır... Burada əsas vaxt məsələsidir. İlan dişləyən andan nə qədər tez iynə vurulsa, o qədər yaxşıdır. Burada hər dəqiqənin əhəmiyyəti var”.

 

Şəhanə Qədirli

Tarix: 3 İyul 2026, 12:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin