BURADA REKLAMINIZ OLA
BİLƏR

Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi

Avropa İttifaqı Şurası 6 nəfər rusiyalı alim və tədqiqatçıya sanksiya tətbiq edib.

 

Bu barədə Aİ Şurasının saytında qeyd olunub.

 

Bildirilib ki, sözügedən şəxslər rusiyalı müxalifətçi Aleksey Navalnının öldürülməsində istifadə olunan “epibatidin” adlı kimyəvi maddənin yaradılmasına iştirak ediblər.

 

Sanskiyaya məruz qalanlar arasında “SC Signal” qurumunun labaratoriya rəhbəri İqor Babkin, Texnologiya və Orqanik Kimya üzrə Rusiya Dövlət Araşdırma İnstitutunda kimya tədqiqatçısı İrina Derevyaqina və digərlər var.

 

Beləliklə, Aİ tərəfindən kimyəvi silahların yayılmasının qarşısının alınması ilə bağlı sanksiya qoyduğu şəxslərin sayı 31 nəfərə çatıb.

 

Bu şəxslərin aktivləri dondurulur və Aİ ölkələrinə səfəri qadağan edilir.

 

O, 2024-cü ildə həbsdə olarkən ölüb.APA

 

Tarix: 3 İyul 2026, 16:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin