“Populyar olan insanların əksəriyyəti bu sahəyə təsadüfən gələnlərdir. O adamlar da zaman-zaman danışıqlarını, hərəkətlərini bilmədikləri üçün insanları qıcıqlandırıblar”.
Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu Musavat.com-a deyib. Meyxanaçı karantin günlərini evdə keçirdiyini də açıqlayıb:
“5 aydır ki, toylar, tədbirlər yoxdur. Vaxtımı evdə ailəmlə keçirirəm. İstirahət edirəm, yaradıcılıqla məşğulam. Yeni mahnılar yazıram. Eyni zamanda mütaliə və idmanla məşğul oluram. Bacardığım qədər evdən çıxmıram”.
- Karantin rejimi yumşaldılsa da, toylara qoyulan qadağa aradan götürülmür. Bir neçə aydır toy mərasimləri, tədbirlər yoxdur, maddi cəhətdən ailənizi necə təmin edirsiniz?
- Şükürlər olsun ki, hələ maddi sıxıntı yaşamıram. Ailəmi dolandıracaq gücüm var. Amma növbəti aylarda vəziyyət necə olacağını bilmirəm.
- İnsanlar hər zaman populyar şəxslərin zəngin olduğunu düşündüyü üçün son günlər müğənnilərin maddi çətinliklər yaşaması barədə açıqlamaları birmənalı qarşılanmır. Məşhurlara qarşı bu aqressiyanın səbəbi nədir?
- Əksər populyar insanlar bu sahəyə təsadüfən gələnlərdir. O adamlar da zaman-zaman danışıqlarını, hərəkətlərini bilmədikləri üçün insanları qıcıqlandırıblar. Təəssüf ki, artıq məşhurlar deyəndə sənəti olan incəsənət nümayəndələri ağıla gəlmir. Təsadüfən bu sahəyə gələrək, sənəti olmasa da, populyarlaşanlar yada düşür. Yəni qurunun oduna yaş da yanır. Hansısa sənət adamı da söz danışanda avtomatik olaraq insanlarda qıcıq yaradır. Xüsusən də məşhurlar maddi imkan mövzusunda danışanda tamaşaçı əsəbiləşir.
- Jurnalist Vüsal Məmmədov deyib ki, müğənnilərin pulu yoxdursa, maşınlarını satsınlar. Onun fikirlərinə münasibətiniz necədir?
- Bəzi müğənnilər yalnız özləri üçün gileylənmir. Onlar həm də millətin maddi sıxıntılar yaşamasına diqqət çəkməyə çalışır. Müğənni maşınını satıb maddi sıxıntıdan canını qurtara bilər. Bəs satmağa heç nəyi olmayan insanlar nə etsin? Sənət adamlarını yalnız “özlərini düşünürlər” kimi qələmə vermək düzgün deyil. Çünki həqiqətən, insanların halına acıyan sənətçilərimiz də var.
- Bu müddətdə iki düşmənlə mübarizə aparmalı olduq. Biri koronavirus, biri də ermənilər. Bəs cəbhə boyu baş verən prosesləri izlədinizmi?
- Əlbəttə izlədim. Ölkəmizdə və dünyada baş verən hər şey bizi də maraqlandırır. Tovuz hadisələrini davamlı izlədim. Çünki orada yaşayanlar, hərbçilərimiz üçün narahat idim. Şəhid xəbərləri hər bir azərbaycanlı kimi məni də üzdü. Allah onlara rəhmət etsin. Vətən və xalqımız uğrunda canlarından keçdilər. Hər birimiz onlara borcluyuq.
- Sənətçilərin, məşhurların cəbhədə yaşananlardan sonra vətənpərvərlik ruhda mahnı oxuması, hərbi geyimdə şəkil çəkdirməsi, səfərbərlik üçün qeydiyyatdan keçməsi də tənqid olundu. Məşhurların vətənpərvərliyi niyə səmimi qəbul edilmir?
-Təəssüflər olsun ki, artıq insanlarımız televiziyalara, mətbuata, məşhurlarımıza inanmır. Pandemiya dövrü insanları daha da aqressiv etdi. Sosial şəbəkələrdə də görürük ki, insanlar daha aqressivdir, tənqid, təhqir dolu şərhlər yazırlar. İnsanlar bayaq dediyim kimi, təsadüfən məşhur olub, hərəkətini bilməyənlərə görə sənət adamlarına qarşı aqressivdir. Ürəklə atılan addımları da səmimi qəbul etmirlər.Musavat.com
24 Aprel 21:30
24 Aprel 21:27
24 Aprel 21:04
24 Aprel 20:40
24 Aprel 20:04
24 Aprel 20:01
24 Aprel 19:59
24 Aprel 19:56
24 Aprel 19:54
24 Aprel 19:21
24 Aprel 19:19
24 Aprel 18:49
24 Aprel 18:46
24 Aprel 18:45
24 Aprel 18:43
24 Aprel 18:41
24 Aprel 18:39
24 Aprel 18:33
24 Aprel 18:31
24 Aprel 18:29
24 Aprel 18:26
24 Aprel 17:44
24 Aprel 17:32
24 Aprel 17:10
24 Aprel 16:49
24 Aprel 16:44
24 Aprel 16:41
24 Aprel 16:39
24 Aprel 16:32
24 Aprel 16:27
24 Aprel 16:18
24 Aprel 16:04
24 Aprel 15:44
24 Aprel 15:38
24 Aprel 14:59
24 Aprel 14:57
24 Aprel 14:56
24 Aprel 14:55
24 Aprel 14:54
24 Aprel 14:51
24 Aprel 14:29
24 Aprel 14:27
24 Aprel 14:24
24 Aprel 14:23
24 Aprel 14:21
24 Aprel 14:17
24 Aprel 14:10
24 Aprel 14:08
24 Aprel 14:06
24 Aprel 14:04
24 Aprel 14:03
24 Aprel 14:01
24 Aprel 14:00
24 Aprel 13:59
24 Aprel 13:56
24 Aprel 13:43
24 Aprel 13:37
24 Aprel 13:26
24 Aprel 13:19
24 Aprel 13:10
24 Aprel 13:08
24 Aprel 13:02
24 Aprel 12:43
24 Aprel 12:40
24 Aprel 12:35
24 Aprel 12:17
24 Aprel 12:14
24 Aprel 12:11
24 Aprel 12:10
24 Aprel 12:08
24 Aprel 11:49
24 Aprel 11:41
24 Aprel 11:37
24 Aprel 11:25
24 Aprel 11:23
24 Aprel 11:21
24 Aprel 11:19
24 Aprel 11:04
24 Aprel 11:02
24 Aprel 10:56
24 Aprel 10:20
24 Aprel 10:18
24 Aprel 10:16
24 Aprel 09:44
24 Aprel 09:30
24 Aprel 09:20
24 Aprel 09:19
24 Aprel 09:18
24 Aprel 09:15
24 Aprel 08:42
24 Aprel 08:36
24 Aprel 08:34
24 Aprel 08:33
24 Aprel 08:32
24 Aprel 08:30
24 Aprel 08:27
24 Aprel 08:24
24 Aprel 08:20
24 Aprel 08:16
24 Aprel 08:12
24 Aprel 08:09
24 Aprel 08:08
24 Aprel 08:04
24 Aprel 08:03
24 Aprel 08:01
24 Aprel 07:29
24 Aprel 07:27
24 Aprel 07:26
24 Aprel 04:33
24 Aprel 04:31
24 Aprel 04:30
24 Aprel 04:28
24 Aprel 04:24
23 Aprel 23:56
23 Aprel 23:49
23 Aprel 23:27
23 Aprel 23:23
23 Aprel 23:11
23 Aprel 23:05
23 Aprel 23:00
23 Aprel 22:52
23 Aprel 20:10
23 Aprel 20:08
23 Aprel 20:07
23 Aprel 20:06
23 Aprel 20:04
23 Aprel 20:02
23 Aprel 19:59
23 Aprel 19:57
23 Aprel 19:46
23 Aprel 19:42
23 Aprel 19:06
23 Aprel 19:05
23 Aprel 19:03
23 Aprel 18:58
23 Aprel 18:57
23 Aprel 18:53
23 Aprel 18:51
23 Aprel 18:49
23 Aprel 18:23
23 Aprel 18:10
23 Aprel 18:01
23 Aprel 18:00
23 Aprel 17:59
23 Aprel 17:56
23 Aprel 17:54
23 Aprel 17:52
23 Aprel 17:49
23 Aprel 17:47
23 Aprel 17:40
Ən son xəbərləri səhifəmizdən də izləyin