BURADA REKLAMINIZ OLA
BİLƏR

Tənzilə Rüstəmxanlı: “Avropa ölkələri təbii fəlakətə hazırlaşmayıb, bələdiyyələr yaxşı işləməyib”

“Avropa öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır. Avropanın bizə qarşı hər zaman münasibəti belə olub. Təkcə biz deyilik, Türkiyəyə qarşı da belədir... Başqa ölkələrin daxili işlərinə də qarışır, qarşıdurma yaradır, etnik qruplaşma axtarırlar. Ölkədə hansısa millət yaşayırsa və öz dövlətinə qarşıdırsa, onun yanında dayanırlar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.

 

T.Rüstəmxanlı Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropanın münasibətinə də toxunub: “Görüşlərimiz, çalışmalarımız olub. İndi də nə əkirlər, onu da biçirlər... Təbii fəlakətlərin qarşısında heç kim dayana bilmir. Türkiyədə də yağıntılar olur, sel-su aləmi basır. İnsan ölümünə qədər aparıb çıxaran hadisələr oldu. Təbii fəlakətdir. Əlbəttə, bu, ona əsas vermir ki, bələdiyyələr qışın, yaxud yazın gəlişinə hazırlıq görməsinlər. Tələbatlar artdıqca gərək infrastruktur da işlənsin. Bu, normal bir şeydir və etməlidirlər. Amma bəzən hesaba qatılmayan məsələlər ortaya çıxır, sel basır, su gəlir, yağış gur yağır... Bir yandan xeyiri olursa, digər yandan zərər gətirir. Xeyiri budur ki, su depoları dolur. Bəzən elə gözlənilməz hadisələr baş verir ki, o da zərər verir. Avropanın bizi günahlandıracaq istəkləri çoxdur. Amma bu vasitələri də özləri tapırlar. Bu gün həmin şeylərlə qarşı-qarşıyadırlar. Dünyanın super güclərinin əslində içi boş sözlərdən başqa heç bir əməllərinin olmadığını gördük. Bu gün də belədir. Mən heç istəməzdim belə olsun, nəticədə insan həyatından söhbət gedir. Dinimiz insanı yaşatmağa hesablanıb. Şeyx Ədəbalının önəmli bir sözü var: insanı yaşat ki, dövlət yaşasın. Əlbəttə, hər şey insan həyatı üçündür. Belə hadisələr ola bilir. Deməli, zəngin dövlət olsan belə, bəzən təbiətin səni qarşılaşdırdığı sürprizlərlə üz-üzə qalırsan. Əslində, insanların əziyyət çəkmələri məni insan olaraq narahat edir. Avropanın başqa dövlətləri, o cümlədən Azərbaycan əleyhinə hər fürsət düşdüyündə gördükləri işlər gözümüzün qabağındadır. Bütün bunlara baxmayaraq, orada baş verənlər bir millət, dövlət olaraq bizi narahat edir. Hər halda Avropa da təbii fəlakətə yaxşı hazırlaşmayıb. Deməli, bələdiyyələri yaxşı işləməyib ki, bütün bunlar baş verir”.

 

Aytəkin Qardaşova

Tarix: 4 İyul 2026, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin