BURADA REKLAMINIZ OLA
BİLƏR

Avropa çempionatında tarixi nəticə: 10 medal qazanan cüdoçularımız Vətənə döndü - FOTO

İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında tarixi nəticəyə imza ataraq 10 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.

 

Cüdo Federasiyasından bildirilib ki, yığmanın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

 

Xatırladaq ki, qitə birinciliyində Zəhra Quliyeva (40 kiloqram) və Nihad Ağayev (50 kiloqram) qızıl, Fərid Rzazadə (50 kiloqram), Sadiq Məmmədov (73 kiloqram), Ömər Axundov (90 kiloqram) gümüş, İbrahim Talıbov (55 kiloqram), Könül Eyvazlı (48 kiloqram), İlkin Qarayev (66 kiloqram), Ayxan Həsənli və Yaqub Məmmədov (hər ikisi 81 kiloqram) isə bürünc medala sahib çıxıblar. Yığmamız yekunda 2 qızıl, 3 gümüş və 5 bürünc medalla ümumi komanda hesabında ikinci yeri tutub.

Fotoları təqdim edirik
Tarix: 4 İyul 2026, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin