BURADA REKLAMINIZ OLA
BİLƏR

“AXCP-nin qərarı yanlışdır” - Partiya sədri

“Biz müxalifət olaraq hər zaman konstitusion yollarla hakimiyyətə qarşı mübarizə apardığımızı bəyan etmişik. Nədir bu konstitusion mübarizə yolu? Bu yol odur ki, qanunlarla, dinc seçki yolu ilə hakimiyyətə gəlmək. Rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyası da dinc mübarizə metodlarını hər zaman ali prinsib hesab edib”.

 

Bunu Pravda.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib.

 

A.Şakiroğlu qeyd edib ki, GAP bu ali prinsipə əsaslanaraq 2020-ci ilin fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkilərinə qatılıb: “Gələcək Azərbaycan Partiyası da daxil olmaqla, demək olar ki, ölkənin bütün siyasi qüvvələri seçkilərə qatılıb. Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasının da təmsil olunduğu Milli Şura adlanan qurum seçkilərə qatılmayıb. Bu da onların şəxsi qərarlarıdır, hörmətlə yanaşıram. Amma hesab edirəm ki, özünə, öz elektoratına əmin olan istənilən siyasi qurum seçki imkanını dəyərləndirməli idi. AXCP rəhbərliyinin qərarına hörmətlə yanaşsam da, yanlış qərar hesab edirəm. Əminəm ki, ölkədə baş verən seçki kimi ciddi siyasi proseslərdən kənar qalmaq hansısa partiyaya yaxşı gələcək vəd etmir. Boykot qərarı siyasi prosesdən izolyasiya etməkdən başqa bir şey deyil. Əminəm ki, növbədənkənar parlament seçkiləri olduqca maraqlı keçəcək. Nəticələrin necə olmasından asılı olmayaraq, biz cəmiyyətimizə tövhə vermiş olacağıq”.

 

Tarix: 16 Dekabr 2019, 19:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin