Mürəkkəb geosiyasi şəraitin hökm sürdüyü Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və dayanıqlı əməkdaşlığın təmin olunması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Son illər Azərbaycanın həyata keçirdiyi ardıcıl xarici siyasət, regional nəqliyyat və enerji layihələrinin təşəbbüskarı kimi çıxış etməsi, eyni zamanda sülh gündəliyinin irəli aparılması istiqamətində atdığı addımlar ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirib. Bu reallığı artıq aparıcı beynəlxalq tərəfdaşlar da açıq şəkildə etiraf edirlər. Azərbaycana səfər edən Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin məhz bu kontekstdə səsləndirdiyi fikirlər Azərbaycanın regionda sabitləşdirici rolunun və Prezident İlham Əliyevin liderliyinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir. Azərbaycanın əlverişli geostrateji mövqeyi, müasir nəqliyyat-logistika infrastrukturu, enerji təhlükəsizliyinə verdiyi töhfələr və balanslaşdırılmış siyasəti onu regionun sabitlik və əməkdaşlıq mərkəzlərindən birinə çevirib. Bu yanaşma ölkəmizin yalnız öz milli maraqlarını təmin etmədiyini, həm də daha geniş coğrafiyada sülhün və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini təsdiqləyir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib ki, son illər Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

Deputat bildirib ki, əvvəllər bu əməkdaşlıq əsasən neft və təbii qazın ixracına əsaslanırdı, indi isə diqqət getdikcə daha çox yaşıl enerjiyə yönəlir:
"Bu həm Azərbaycanın, həm də Avropa İttifaqının strateji maraqlarına uyğundur. Azərbaycan günəş və külək enerjisi baxımından böyük potensiala malikdir. Xüsusilə, Xəzər dənizində külək enerjisi ehtiyatları çox yüksək qiymətləndirilir. Ölkənin müxtəlif bölgələrində günəş enerjisi istehsalı üçün də əlverişli şərait mövcuddur. Bu imkanlar Azərbaycana gələcəkdə yaşıl elektrik enerjisi istehsalını artırmağa və onu xarici bazarlara ixrac etməyə şərait yaradır. Bu istiqamətdə ən mühüm layihələrdən biri yaşıl enerji dəhlizidir. Layihə Xəzər regionunda istehsal olunan yaşıl elektrik enerjisinin Avropaya çatdırılmasını nəzərdə tutur. Bu dəhliz enerji təhlükəsizliyini gücləndirəcək, bərpa olunan enerji mənbələrinin istifadəsini artıracaq və iqlim məqsədlərinə töhfə verəcək. Azərbaycan bu layihədə tək deyil. Mərkəzi Asiya ölkələri də böyük yaşıl enerji potensialına malikdir. Qazaxıstan geniş külək və günəş enerjisi ehtiyatlarına sahibdir. Özbəkistan son illərdə bərpa olunan enerji layihələrinə böyük investisiyalar cəlb edir. Türkmənistan və Qırğızıstan da öz təbii imkanlarından istifadə edərək yaşıl enerji istehsalını artırmağa çalışır. Bu ölkələrin potensialı Azərbaycanın nəqliyyat və enerji infrastrukturu ilə birləşərsə, Xəzər regionu Avropa üçün mühüm yaşıl enerji mənbələrindən birinə çevrilə bilər. Bu baxımdan Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tərəfindən irəli sürülən yeni təşəbbüs xüsusi əhəmiyyət daşıyır. Belə bir platforma ölkələr arasında elektrik şəbəkələrinin əlaqələndirilməsinə, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə, investisiyaların cəlb edilməsinə və texnologiya mübadiləsinə xidmət edə bilər. Bu təşəbbüs Azərbaycan üçün də yeni imkanlar yaradır. Ölkəmiz yalnız enerji ixrac edən dövlət kimi deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında enerji körpüsü kimi çıxış edə bilər. Bu rol Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artıracaq və regionda əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Bu gün yaşıl enerji artıq gələcəyin deyil, indinin məsələsidir. Azərbaycan, Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri birgə fəaliyyət göstərməklə daha dayanıqlı, təhlükəsiz və müasir enerji sistemi qura bilərlər. Yaşıl enerji dəhlizi və enerji üzrə tərəfdaşlıq platforması bu məqsədə çatmaq üçün atılan mühüm addımlardır".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Azərbaycanın regionda sülh gündəliyinin memarı olduğunu bəyan edib:

"O, Prezident İlham Əliyevin şəxsi liderliyini və Ermənistanla tarixi sülh sazişinin təşəbbüskarı olmasını xüsusilə vurğulayaraq təbrik edib. Ümumiyyətlə, son zamanlar Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə dönüş yaşanmaqdadır. Münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ursula fon der Lyayen Bakıya səfəri zamanı çıxışında Azərbaycanı strateji tərəfdaş adlandırdı. Hazırda Avropa İttifaqı Azərbaycanla geniş əlaqələr qurmaqda və ölkəmizi öz təsir sferasına cəlb etməkdədir. Bu, hər iki tərəfə - həm Avropa İttifaqına, həm də Azərbaycana çox böyük mənfəət verəcək, hətta gələcəkdə bütöv Cənubi Qafqazın, ardınca da digər türkdilli ölkələrin Avropa İttifaqına yönlənməsinə böyük köməklik göstərə bilər".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin