BURADA REKLAMINIZ OLA
BİLƏR

Neymar Braziliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb

Braziliya millisinin tarixində ən çox qol vuran futbolçu Neymar milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

 

Bu barədə "Globo" portalı məlumat yayıb.

 

Norveçə qarşı dünya çempionatının 1/8 final oyununda (1:2) penaltidən fərqlənən Neymar 2023-cü ildən sonra ilk dəfə milli komandanın heyətində qol vurub.

 

"Mən bacardığım qədər çalışdım, amma artıq hər şey bitdi", – deyə 34 yaşlı futbolçu bildirib.

 

Neymar 2025-ci ilin yanvarında Braziliyanın "Santos" klubuna qayıdıb. O, bundan əvvəl Səudiyyə Ərəbistanının "Əl-Hilal", daha əvvəl isə Fransanın PSJ klubunda çıxış edib.

 

2017-ci ildə PSJ Neymarın transferi üçün "Barselona"ya dünya futbolu tarixinin rekord məbləği olan 222 milyon avro ödəyib.

 

APA

Tarix: 6 İyul 2026, 07:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin