BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə “Rahat” mağazasına basqın edən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Namir Məmmədovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 2024-cü il “ANC Group” MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Rahat” ərzaq mağazasında qeydə alınıb.


Belə ki, Namir Məmmədov sözügedən mağazaya müştəri qismində daxil olub işıqların sönməsi səbəbindən obyektdə kimsənin olmamasından istifadə edib. O, kassanın yanında vitrinə yığılmış ümumi dəyəri 304 manat təşkil edən müxtəlif adda olan siqaretləri ciblərinə və köynəyinin altına yığaraq gizlədib. Bu zaman mağazada baş kassir vəzifəsində işləyən zərərçəkmiş Vasif Həşimov (soyadı şərtidir) onun etdiyi qanunsuz əməli ifşa edib. Sonra Vasif onun qolundan tutub mağazanın digər işçilərini qışqıraraq köməyə çağırıb. Namir isə zərərçəkmiş şəxsin üz nahiyəsindən yumruqla vurub ona xəsarətlər yetirib hadisə yerindən uzaqlaşıb.


Hadisədən sonra Namir Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

Kamal Məmmədov 


Tarix: 6 İyul 2026, 08:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin