BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadını döyən şəxs amnistiyaya düşdü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İkram Tağıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


İttihama görə, İkram Tağıyev 2025-ci ilin gecə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhərində tanışı olan zərərçəkmiş Rəhimə Səttarova (adı, soyadı şərtidir) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisəyə səbəb təqsirləndirilən şəxsin zərərçəkmişə onun evinə köçərək ər-arvad kimi birlikdə yaşamaq təklif etməsi, qadının isə bu təklifi qəbul etməməsi olub.


Bu zaman İkram aqressiv davranaraq Rəhiməyə zor tətbiq edib. Belə ki, o, qadının sifətinə və bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri endirib, daha sonra onu yerə yıxaraq müəyyən məsafə sürüyüb.


Hadisə nəticəsində zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişin alın nahiyəsində dərialtı hematoma, sol sağrı nahiyəsində əzilmiş-cırılmış yara, hər iki bazu nahiyəsində geniş sahəli qançırlar, sol dirsək oynağında hərəkət məhdudluğu, eləcə də bədəninin müxtəlif nahiyələrində çoxsaylı sıyrıqlar aşkar edilib.

 

Məhkəmə iclasında İkram Tağıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini təsdiqləyib. O, hadisənin ittiham aktında göstərilən şəraitdə baş verdiyini etiraf edərək əməlini qəbul edib.

 

Kamal Məmmədov 

Tarix: 6 İyul 2026, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin