BURADA REKLAMINIZ OLA
BİLƏR

Qidalar haqqında heç bilmədiyiniz faktlar

Gündəlik həyatımızda tez-tez istehlak etdiyimiz qidaların arxasında əslində çox maraqlı hekayələr və təəccüblü faktlar gizlənir.

 

Pravda.az onlardan bəzilərini təqdim edir:

 

Pomidor əslində meyvədir

Bir çoxumuz pomidoru tərəvəz kimi qəbul etsək də, botanika baxımından o, meyvə sayılır. Çünki pomidor çiçəkdən yetişir və daxilində toxumları var. Lakin 1893-cü ildə ABŞ Ali Məhkəməsi vergi qanunlarına görə pomidoru hüquqi olaraq tərəvəz kimi təsnif edib.

 

Bal heç vaxt korlanmır

Arxeoloqlar qədim Misir piramidalarını qazarkən 3000 illik bal qabları tapıblar və bu ballar hələ də tamamilə yeyilə bilən vəziyyətdə olub. Balın tərkibindəki rütubətin çox az olması və yüksək turşuluq dərəcəsi bakteriyaların onun daxilində yaşamasını qeyri-mümkün edir.

 

Kökün əsl rəngi bənövşəyi idi

XVII əsrə qədər Hollandiyada yetişdirilən köklərin demək olar ki, hamısı bənövşəyi, sarı və ya ağ rəngdə idi. Hazırda tanıdığımız narıncı rəngli köklər isə hollandiyalı fermerlərin bənövşəyi və sarı kökləri çarpazlaşdırması nəticəsində, Hollandiya kral ailəsinə (Orange sülaləsinə) ithafən yetişdirilib.

 

Şokolad pul əvəzi işlədilirdi

Asteklər və Mayyalar dövründə kakao dənələri o qədər qiymətli idi ki, onlardan pul kimi istifadə olunurdu. Məsələn, o dövrdə bir hinduşkanı nağd kakao dənələri ilə satın almaq mümkün idi.

 

Alma su üstündə qalır

Bir almanı su dolu qaba atsanız, onun batmadığını, suyun üzündə üzdüyünü görərsiniz. Bunun səbəbi almanın həcminin 25 faizinin havadan ibarət olmasıdır.

 

Əminə Bayramova

Tarix: 6 İyul 2026, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin