BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sakinlərinə xəbərdarlıq: Sabah küçəyə çıxmayın

Bakıda növbəti dezinfeksiya işləri görüləcək.

 

Pravda.az-ın xəbərinə görə, avqust ayının 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

 

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Tarix: 14 Avqust 2020, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin