BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəriman Həsənzadənin vəziyyətində irəliləyiş var

Xalq şairi Nəriman Həsənzadənin müalicəsi hələ də reanimasiya şöbəsində davam etdirilir.

 

Bu barədə Pravda.az-a şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib.

 

O bildirib ki, şairin vəziyyəti ağır-stabil olaraq qalır: “Vəziyyəti ağır olaraq qalır. Amma ümumilikdə, az da olsa, yaxşıya doğru irəliləyiş var. Tam olaraq özünə nə zaman gələcəyi ilə bağlı hələ ki, heç kim dəqiq bir şey deyə bilmir. Amma yavaş-yavaş özünə gəlir”.

 

Qeyd edək ki, N.Həsənzadə iyunun 26-da xəstəxanaya yerləşdirilib.

Tarix: 6 İyul 2026, 14:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin