BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafa: "Kommunist Mustafa Sübhinin adına küçə var, amma Bakını xilas edən Nuri Paşanın adına küçə yoxdur"

Milli Məclisin komitə sədri Fazil Mustafa inqilabçıların adlarına olan küçələrin adlarının şəhidlərin adları ilə əvəz edilməsi barədə təkliflərə münasibət bildirib.

 

F.Mustafa Pravda.az-a açıqlamasında deyib ki, bu məsələyə hədsiz mühafizəkar yanaşma var və ləng addımlar özünü göstərir.

 

Deputat qeyd edib ki, dövlət və onun formalaşması, millətin müəyyən tərəqqisi üçün çalışan insanların müəyyən hissəsi diqqətdən kənarda qalıb: “Bunun səbəbi də məsələyə prinsipial baxış bucağının olmamasıdır. Məsələn, Bakıda  Türkiyə kommunistlərindən olan və XX əsrin ortalarında faciəvi şəkildə ölmüş Mustafa Sübhinin adına küçə var, amma Bakını xilas edən Nuri Paşanın adına küçə yoxdur. Bölgələrdə bir neçə yerdə könüllü vətəndaşların təşəbbüsü ilə Nuri Paşanın adı verilib, amma Bakıda buna rast gəlmək olmur. Buna görə də belə məsələlər prinsipial məsələlərdir. Həm şəhidlərin, həm də dövlət qarşısında xidmətləri olan şəxsiyyətlərin adlarını küçələrə vermək olar. Bir şəxsin adına iki-üç küçə, prospekt varsa, deməli, digər unudulmuş şəxslərin də adlarının küçələrə verilməsi yaxşı olardı”.

 

Aytəkin Qardaşova

Tarix: 6 İyul 2026, 14:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin