BURADA REKLAMINIZ OLA
BİLƏR

Müəllimlərin işə qəbulu müsabiqəsində ödəniş aktivləşdi: məbləğ bu qədərdir...

Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Pravda.az-a verilən məlumata görə, sistem bu gün saat 15:00-dan 9 iyul saat 15:00-a kimi aktiv olacaq.

 

Qanunvericiliyə uyğun olaraq müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı almış şəxslər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azaddırlar.

 

Bildirilib ki, ödəniş prosesi ilə bağlı ətraflı məlumat və təlimat şəxsi kabinet vasitəsilə namizədlərin istifadəsinə təqdim olunacaq.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsi bu ildən etibarən ödənişlidir. Müsabiqədə iştirak etmək üçün tələb olunan məbləğ 60 AZN-dir.

Tarix: 6 İyul 2026, 15:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin